Yevlaxda avtomobil su kanalına aşdı - Ölən var

XƏBƏR
17:30
16 Aprel 2022
388

Bu gün Yevlax rayonunda ağır yol qəzası baş verib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun Yevlaxdan keçən hissəsində “Vaz 2107” markalı avtomobil Yuxarı Qarabağ kanalına düşüb. İdarəetmədən çıxan avtomobil körpüdən su kanalına aşıb.

İlkin məlumata görə, sürücü suda batıb. Avtomobildə digər şəxs və ya şəxslərin olması dəqiq bilinmir.

Ərazidə axtarışlara başlanılıb.

Əlavə məlumat veriləcək.

Xəbər lenti