Kürdə su azaldı, küp qəbirlər aşkarlandı - Foto
Neftçala rayonunun Aşağı Surra, Balaca Surra, Pirəbbə, Cəngən kəndləri ərazisində Kür çayının səviyyəsinin enməsi nəticəsində çayın en kəsiyində küp qəbirlər aşkarlanıb.
Bu barədə AMEA-dan Sabah.az-a daxil olan məlumatda bildirilir.
Qeyd olunur ki, yeni aşkarlanan abidələrdə tədqiqat işləri aparmaq üçün AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin toplusu sektorunun əməkdaşları rayona ezam olunublar.
Hazırda araşdırmalar davam etdirilir.
Daha çox