"Qarabağ"a gəlməkdən son anda imtina edib

İDMAN
13:36
7 Fevral 2020
94

Türkiyə mətbuatı qış fasiləsi zamanı “Fənərbaxça”nın futbolçusu Alper Potukun “Qarabağ”a transferinin baş tutmamasının səbəbini açıqlayıb.

Sabah.az “Milliyyət”ə istinadən xəbər verir ki, İstanbul klubu yarımmüdafiəçisinin mövsümün sonunadək Azərbaycanda oynamasına razılıq verib. Bu halda onun maaşının yarısını “Fənərbaxça”, yarısını isə “Qarabağ” ödəyəcəkmiş.

Qeyri-rəsmi xəbərə görə, söhbət ümumən 600 min avrodan gedirmiş. Amma Alper son anda “Qarabağ”dan oynamaqdan imtina edib.