İlqar Fətizadə dəfn olundu - Yenilənib
Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, vida mərasimi saat 13:00-da İlqar Fətizadənin Yasamal rayonu İ.Qutqaşınlı küçəsində yaşadığı binada keçiriləcək.
Qeyd edək ki, İ.Fətizadə bu gecə uzunsürən xəstəlik səbəbindən dünyasını dəyişib.
Mərhum 1999-cu ildən maliyyə nazirinin birinci müavini idi.
***
Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.
Vida mərasimi saat 13:00-da İlqar Fətizadənin Yasamal rayonu İ.Qutqaşınlı küçəsində yaşadığı binada keçirilib, daha sonra o dəfn edilib.
Vida mərasimində və dəfndə nazirlər, dövlət və hökumət rəsmiləri iştirak edib.
Daha çox