Cavanşir Feyziyev bu vəzifəsini itirdi

ÖLKƏ
12:37
15 Aprel 2022
525

Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri dəyişib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, işçi qrupunun rəhbəri vəzifəsinə deputat Soltan Məmmədov seçilib.

Bundan əlavə, Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə isə Sadiq Qurbanov seçilib.

Xatırladaq ki, buna qədər Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev idi. Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsi isə boş idi.

Xəbər lenti