Rauf Hacıyevin 100 illik yubileyi qeyd ediləcək - Sərəncam
15:35
13 Aprel 2022
217Prezident İlham Əliyev görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Rauf Hacıyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Sabah.az xəbər verir ki, Sərəncamda deyilir:
“1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq artisti Rauf Hacıyevin 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
Daha çox