Buraxılış imtahanında ən yüksək balı onlar topladı - Foto

XƏBƏR
14:03
13 Aprel 2022
212

12 və 13 mart tarixlərində keçirilmiş buraxılış imtahanında ən yüksək bal toplayan abituriyentlərin adları açıqlanıb.

Sabah.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, 3 nəfər – Bakı şəhəri 245 saylı məktəbin məzunu Abbasova Səbirə Şahin qızı, Mingəçevir şəhəri Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin məzunu Zeynallı Xaqani Nizami oğlu və Ağcabədi rayonu Rəncbərlər kənd orta məktəbinin məzunu Sadıqlı Nərmin Arif qızı 297.5 bal toplayıb.

Onlar 9-cu sinif buraxılış imtahanında da yüksək nəticə - müvafiq olaraq 244.7 bal, 296.7 bal və 290 bal toplayıblar.

Xəbər lenti