Həbsdə ölən deputatın qardaşı tutuldu

ÖLKƏ
11:56
13 Aprel 2022
322

Həbsdə ölən sabiq Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov saxlanılıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, dələduzluq əməllərinə görə polis əməkdaşları tərəfindən saxlanılıb.

E.Cəbrayılov barəsində cinayət işi başlanılıb. İlkin məlumata görə, o, bu gün məhkəməyə çıxarılacaq və barəsində müvafiq qərar veriləcək.

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, Rafael Cəbrayılov özü də dələduzluq əməllərinə görə 2020-ci ildə həbs olunmuşdu. Həbsdə koronavirusa yoluxan sabiq deputat xəstəxanada ölmüşdü.

E.Cəbrayılov həmin işdə şahid qismində tanınırdı.

Xəbər lenti