Şəmkirdə 2 nəfəri qatar vurdu
Şəmkirdə iki nəfəri qatar vurub.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Bakı-Gürcüstan dəmiryol xəttinin rayonun Zəyəm kəndi ərazisindən keçən hissəsində baş verib.
Qəza nəticəsində Sabir kənd sakini, 2003-cü il təvəllüdlü Nurcan Ələkbər qızı Məmmədova və Gəncə şəhər sakini, 2002-ci il təvəllüdlü Aysel Nizami qızı Həsənova xəsarət alıb.
Qatarın fit səsini gec eşitdiyindən lokomotivin küləyi onları vuraraq kənara atıb. Müxtəlif bədən xəsarətləri alan hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
Daha çox