Fransa Ukrayna ilə bağlı məsələdə ilkə imza atdı

XƏBƏR
13:50
11 Aprel 2022
229

Fransa Kiyev ətrafında törədilmiş hərbi cinayətlərin araşdırılmasına kömək etmək üçün Ukraynaya heyət göndərib.

Sabah.az xəbər verir ki, bu barədə Fransanın Ukraynadakı səfiri Etienne de Poncins öz tviterində məlumat verib.

“Kiyev ətrafında törədilmiş hərbi cinayətlərin təhqiqatında öz yoldaşlarına kömək etməyə gələn texniki və elmi jandarm dəstəsini Lvovda salamlamaqdan qürur duyuram”, - deyə o bildirib.

Səfir qeyd edib ki, Fransa ilk ölkədir ki, Ukraynaya belə yardım göstərir.

Onun sözlərinə görə, heyət aprelin 12-dən öz işinə başlayacaq.

Xəbər lenti