Oqtay Şirəliyevin oğluna vəzifə verildi - Foto
“Azərsığorta” şirkətinin (Azərbaycan Dövlət Kommersiya şirkəti) rəhbərliyinə yeni təyinat olub.
Sabah.az APA-ya istinadən xəbər verir ki, Murad Şirəliyev “Azərsığorta”nın İdarə Heyəti sədrinin müşaviri təyin edilib.
Murad Şirəliyev məlumatı təsdiqləyib.
Qeyd edək ki, Murad Şirəliyev 2000-2015-ci illərdə “Kapital Bank” ASC-nin İH-nin üzvü və sədr müavini, 2015-ci ildən 2018-ci ilə kimi isə “Azərbaycan Beynəlxalq Bankı” ASC-də İH sədrinin müavini vəzifəsində çalışıb.
O, sabiq səhiyyə naziri Oqtay Şirəliyevin oğludur.
Daha çox