Bakıda 3 nəfəri bıçaqlayan şəxs tutuldu - Yenilənib

ÖLKƏ
17:33
11 Aprel 2022
475

Aprelin 10-u günorta saatlarında Binəqədi rayonunda kütləvi dava baş verib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun R.Allahverdiyev küçəsində qeydə alınıb.

Adəm Haqverdiyev, onun qardaşı Zaqil Haqverdiyev və qonşuluqda yaşayan Emin Nəzərov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onların küçədəki kütləvi dava-dalaş zamanı bıçaqlandığı məlum olub.

Hadisəni törədən şəxs və ya şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.

Faktla bağlı cinayət işi başlanılıb.

****

Ötən gün Binəqədi rayonunda 3 nəfəri bıçaqlayan şəxs tutulub.

Hadisəni törədən şəxsin Binəqədi rayonu R.Allahverdiyev küçəsi sakini, 1993-cü il təvəllüdlü Səfərli Kamal Camal oğlu olması müəyyən edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.

İlkin araşdırmalar zamanı kütləvi davanın şəxsi münasibətlər zəminində baş verməsi və bu zaman K.Səfərlinin 3 nəfərə xəsarətlər yetirməsi məlum olub.

Xəbər lenti