Gəncədə axundun qardaşı evinə basqında yaralandı

XƏBƏR
11:53
9 Aprel 2022
306

Gəncədə evə basqın olub.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində Rəşid Abbasova məxsus mənzildə baş verib.

Basqın məqsədilə evə daxil olan şəxs və ya şəxslər ev sahibinin baş nahiyyəsinə xəsarət yetiriblər. Səs-küy yarandığından naməlum şəxslər hadisə yerindən qaçıblar.

Xəsarət alan R.Abbasov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***
Məlumata görə, evinə basqın olunan şəxs Gəncədə “İmamzadə” kompleksinin axundu Hacı Tahirin qardaşıdır.

Xəbər lenti