Bayram günü satıcıya bıçaqla hücum etdi - Video

ÖLKƏ
17:51
8 Aprel 2022
407

Sumqayıt şəhərində bıçaqla silahlanmış şəxsin köşkdə satıcıya hücum etməsinin görüntüləri yayılıb. Videoda quldurluq edən şəxsin kəsici alətlə satıcını hədələyərək onun telefonunu və kassada olan pulu götürərək qaçdığı əks olunub.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, polis tərəfindən aparılan araşdırmalar nəticəsində hadisənin martın 20-də axşam saatlarında 1-ci mikrorayon ərazisində baş verdiyi məlum olub.

Satıcı işləyən Abasov Şahin Ərzuman oğluna qarşı quldurluq edən şəxsin şəhərin Kimyaçılar qəsəbə sakini, 2003-cü il təvəllüdlü Axundov Eldar Elçin oğlu olması müəyyən edilib.

Həmin şəxs saxlanılaraq istintaqa təhvil verilib və barəsində Cinayət Məcəlləsinin 181-ci (qudurluq) maddəsi ilə iş açılıb.

Xəbər lenti