Səbaildə su bu səbəbdən kəsilib

XƏBƏR
09:31
8 Aprel 2022
252

Bakı şəhəri Neftçilər prospektindən keçən su xəttində baş vermiş qəza ilə əlaqədar aprelin 8-də Səbail rayonunun mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.

Sabah.az xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.

“Hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir”, - məlumatda deyilir.

Xəbər lenti