Türkiyə Super Liqası dayandırıldı

İDMAN
18:41
19 Mart 2020
73

Koronavirus infeksiyası ilə əlaqədar futbol üzrə Türkiyə Super Liqasının oyunları təxirə salınıb.

Sabah.az "Anadolu Agentliyi"nə xəbər verir ki, qərar gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu ilə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir arasında keçirilən görüşdən sonra açıqlanıb.

Türkiyədə futbolla yanaşı, bütün həndbol, voleybol və basketbol liqaları da növbəti xəbərdarlığadək dayandırılıb.

Xəbər lenti