Bibisinin evindən oğurluq edən tutuldu - Fotolar

HADİSƏ
13:21
7 Fevral 2020
130

Tovuz rayonunun Xatınlı kənd sakini olan bir qadının evindən qızıl-zinət əşyaları  və nağd pul oğurlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sabah.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən 11000 manat, 200 ABŞ dolları və ümumi dəyəri 7000 manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Tovuz RPŞ-nin əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Əli Rüstəmov saxlanılaraq maddi sübutlarla birlikdə  istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, zərərçəkmiş qadın, oğurluqda şübhəli bilinən Ə.Rüstəmovun bibisidir.

Xəbər lenti