Zakir Həsənov Kəlbəcərə getdi - Fotolar+Video

XƏBƏR
11:10
7 Aprel 2022
260

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunlarının Ümumqoşun Təlim Mərkəzində yeni inşa edilən bina və təlim sahəsində görülən işlərlə tanış olub.

Nazirlikdən Sabah.az-a verilən məlumata görə, sonra nazirliyin rəhbər heyəti Kəlbəcər rayonunda yerləşən hərbi hissədə yaradılan şəraitlə tanış olub.

Daha sonra general-polkovnik Z.Həsənov hərbi hissənin təlim mərkəzində hərbi qulluqçuların nümunəvi çıxışlarını izləyib. Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını müsbət qiymətləndirən nazir onların qayğıları ilə maraqlanıb.

Sonda müdafiə naziri aidiyyəti üzrə vəzifəli şəxslərə konkret tapşırıqlar verib.

Xəbər lenti