Bakıda liftin qırıldığı restoranın adı məlum oldu

ÖLKƏ
11:30
6 Aprel 2022
548

Ötən gün Səbail rayonu ərazisində restoranda liftin qırılması nəticəsində 2 nəfərin ağır xəsarət alıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Bayıl qəsəbəsi Aydın Nəsirov küçəsində yerləşən “Mangal Steak House” restoranında baş verib.

Nəticədə liftin təmiri ilə məşğul olan 1988-ci il təvəllüdlü Məmməd Abdulsalamov və 1978-ci il təvəllüdlü Nadir Qəhrəmanov ağır xəsarətlər alıblar.

Qeyd edək ki, hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə aparılıb. Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar müəyyən edilib və ikisi də reanimasiyaya yerləşdirilib.

Xəbər lenti