Əsgərin döyülməsi ilə bağlı fakt araşdırılır

ÖLKƏ
11:03
6 Aprel 2022
557

Daxili Qoşunların N saylı hərbi hissəsində hərbçinin döyülməsini əks etdirən görüntülər araşdırılır.

Respublika Hərbi Prokurorluğundan Sabah.az-a verilən məlumata görə, bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır.

Bildirilib ki, qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcək.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi tərəfindən yayılan açıqlamada videogörüntülərin ötən il qeydə alındığı bildirilmişdi:

“Fakt təsdiqini tapdığına görə həmin hərbçi daxili işlər orqanlarından xidmətdən xaric edilib. Faktla bağlı toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilməsi təmin ediləcək”.

Xəbər lenti