Partlayışa görə həbs edilən menecer obyekti qardaşı ilə birgə açıbmış - Fotolar

ÖLKƏ
16:47
5 Aprel 2022
421

Bakıda “Location” gecə klubunda baş vermiş partlayışa görə obyekti icarəyə götürmüş “Merser Food” MMC-nin administratoru Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov həbs edilib.

Sabah.az “Qafqazinfo”ya istinadən həbs edilən menecer Orxan Səfərovla bağlı bəzi məlumatları təqdim edir.

Məlum olub ki, O.Səfərov qardaşı Elşən Səfərovla birlikdə daha əvvəl Nərimanov rayonu ərazisində “The Place” adlı gecə klubunu işlədib. Onlar daha sonra Səbail rayonu T.Əliyarbəyov küçəsi 9 ünvanındakı 170 kvadrat metr ərazisi olan obyekti icarəyə götürərək oranı “Location” gecə klubu adı ilə açıblar.

Fotoda Elşən Səfərov və qardaşı Orxan Səfərov

Qeyd edək ki, gecə klubunu icarəyə götürərək işlədən “Merser Food” MMC-nin hazırda 711 manat vergi borcu var. Şirkətin qanuni təmsilçisi əvvəllər Umudov Qulu Adəm oğlu olub. Lakin şirkət sonradan əl dəyişdirib. Hazırda MMC-nin qanuni təmsilçisi Kərimli Nurlan Mahir oğludur. Şirkət dövlət qeydiyyatına 2018-ci ilin sentyabrında alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ev 65, mənzil 61 göstərilib.

Fotoda solda Orxan Səfərov, sağdakı isə “Merser Food” MMC-nin keçmiş qanuni nümayəndəsi Qulu Umudov:

Xəbər lenti