Azərbaycanla Gürcüstan arasında sərhəd-buraxılış məntəqələri müəyyənləşdi - Siyahı

XƏBƏR
15:55
5 Aprel 2022
388

Azərbaycanla Gürcüstan arasında sərhəd keçid məntəqələri müəyyən edilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumat bu gün parlamentin plenar iclasında müzakirə olunan “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, həmin buraxılış məntəqələri aşağıdakılardır:

1. Daimi, beynəlxalq, sərnişin və yük əlaqələri üçün Dəmiryolu “Böyük-Kəsik(Azərbaycan) - Qardabani (Gürcüstan); Avtomobil

- “Qırmızı körpü” (Azərbaycan) – “Krasniy Most” (Gürcüstan);

- “Mazımqara” (Azərbaycan) – “Tsodna” (Gürcüstan).

2. Daimi avtomobil, sərnişin və yük əlaqələri üçün birgə, beynəlxalq, avtomobil buraxılış məntəqələri

“İpəkyolu” (Azərbaycan) – “Abreşumis Qza” (Gürcüstan);

3. Daimi, dövlətlərarası sərnişin və yük əlaqələri üçün piyadalar üçün avtomobil yolu

“Sadaxlı” (Azərbaycan) – “Vaxtangisi” (Gürcüstan)

4. Mövsümi dövlətlərarası, sərnişin və yük əlaqələri üçün yalnız sərhədyanı rayonlarda yaşayan vətəndaşlar üçün (yay vaxtı buraxılış rejimi saat 08:00-dan)

21:00-dək, qış vaxtı saat 08:00-dan 18:00-dək piyadalar üçün avtomobil yolu

“Muğanlı” (Azərbaycan) – “Samtatskaro” (Gürcüstan).

Sənədə əsasən, tərəflərin səlahiyyətli orqanları ayrı-ayrı protokollarla “İpəkyolu” – “Abreşumis Qza” birgə buraxılış məntəqəsindən daşınan mal və nəqliyyat vasitələri ilə bağlı sərhəd və gömrük prosedurlarının tətbiq olunma prinsiplərini müəyyən edəcəklər.

Sənəd səsverməyə çıxarılaraq qəbul olunub.

Xəbər lenti