İmran Xan istefaya göndərildi

XƏBƏR
10:30
4 Aprel 2022
486

Pakistanın Baş naziri İmran Xan ölkə parlamentinin buraxılmasından sonra istefaya göndərilib.

Sabah.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Pakistanın Nazirlər Kabinetinin Mətbuat xidməti yayıb.

Məlumata görə, İmran Xan ölkənin müvəqqəti Baş naziri təyin olunana qədər öz vəzifəsini icra etməyə davam edəcək.

Qeyd edək ki, aprelin 3-ü Pakistan Prezidenti Arif Alvi Baş nazirin təklifi əsasında parlamenti buraxıb.

Xəbər lenti