Moskvaya uçuşların bərpası xəbəri ilə bağlı - Rəsmi açıqlama

XƏBƏR
17:51
2 Aprel 2022
511

“Azərbaycan Hava Yolları” QSC (AZAL) bir sıra yerli KİV və sosial şəbəkələrdə Moskvaya uçuşların bərpası ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Qurumun Mətbuat xidmətindən Sabah.az-a bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil:

“Bir sıra yerli KİV və sosial şəbəkələrdə Azərbaycan aviaşirkətləri tərəfindən Moskva hava limanlarına uçuşların müəyyən tarixdən bərpası ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Ölkənin aviadaşıyıcıları tərəfindən bütün reyslərin yerinə yetirilməsi haqqında etibarlı məlumatlar AZAL-ın rəsmi resurslarında yerləşdirilir”.

Xəbər lenti