Şahbaz Quliyev Bakıda aksiya keçirdi
7 il Ermənistanda əsirlikdə olan və ötən il Azərbaycana qaytarılan Şahbaz Quliyev bu gün aksiya keçirməyə cəhd edib. Bu barədə sosial şəbəkədə videogörüntülər yayılıb.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, əlil kimi pensiya və veteranlıq statusu ala bilmədiyini deyir.
Bildirir ki, Məşğulluq Xidmətindən ona aylıq 160 manat maaşla süpürgəçi işi təklif edilib.
Ş.Quliyev həmçinin çox çətin vəziyyətdə yaşadığını bildirib:
“Evimin qazını və işığını kəsiblər. 1 manat pulum olmadığından Müşfiq qəsəbəsindən Bakının mərkəzinə piyada gəlmişəm. 1 il yeddi aydır çox çətin vəziyyətdə yaşayıram...”
Ş.Quliyevin polis tərəfindən saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinə aparıldığı iddia edilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, Şahbaz Quliyev polis bölməsinə dəvət olunub, onu qayğılandıran hallar və xüsusatlar dinlənilib:
“Barəsində inzibati icraat və saxlanılması ilə bağlı hər hansı qərar yoxdur, sərbəst buraxılıb”.
Daha çox