Ermənilərin başına pul qoyduğu döyüşçümüz necə itkin düşüb? - Video

ÖLKƏ
13:55
1 Aprel 2022
387

Azad olunmuş Xocalı rayonunun Fərrux kəndində aşkarlanmış kütləvi məzarlıqda dəfn olunmuş şəhidlərdən biri də bu kənd uğrunda gedən döyüşlər zamanı itkin düşmüş Tahir İsmayılovdur. 

Sabah.az xəbər verir ki, APA TV onun ailəsinə baş çəkib.

Şəhidin xanımı Güldanə İsmayılovanın sözlərinə görə, Tahir döyüşlərə könüllü yollanıb:

“Dedi ki, könüllü yazılmışam, gedirəm. Dedi ki, Xocalıda anamızı, bacımızı o günə qoyurlar… O getməsin, bu getməsin, bəs kim getsin? Həvəslə vuruşurdu… Hələ də elə bilirəm ki, qapı açılacaq, o gələcək. Sümüklərin tapıldığını biləndə özümü çox pis hiss etdim. Ölübsə, məzarı yoxdur, qalıbsa, özü yoxdur”.

Şəhidin qohumu Çərkəz Məmmədzadə deyib ki, ermənilər Tahirin başına pul qoyubmuş:

“Döyüş yoldaşları deyir ki, Tahirin başına pul qoyulduğundan onu sağ buraxmazdılar”.

Xəbər lenti