Bu küçələr avtomobillərin hərəkətinə bağlanacaq

XƏBƏR
17:58
31 Mart 2022
228

2 aprel saat 09:00-dan 3 aprel saat 20:00-dək Bakı şəhərinin Azadlıq prospektində təmir işləri aparılacaq.

Bu barədə Sabah.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Qeyd olunub ki, bununla əlaqədar sözügedən prospektin Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindən Ziya Bünyadov prospektinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən, Səbail rayonu, Şamil Əzizbəyov küçəsindən Şəmsi Bədəlbəyli küçəsinədək olan hissəsində isə tam məhdudlaşdırılacaq.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, - məlumatda deyilir.

Xəbər lenti