Məktəbdəki qəza ilə bağlı - Rəsmi açıqlama

XƏBƏR
17:43
31 Mart 2022
236

Baş Prokurorluq Naxçıvanda orta məktəbdə baş verən qəza ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən Sabah.az-a daxil olan məlumatda bildirilir:

“Martın 31-də Naxçıvan MR Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsi uçub. Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsində fəhlə işləyən üç nəfər hadisə yerində ölüb, bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Babək rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir. Araşdırmanın gedişatı barədə əlavə məlumat veriləcək.

Bəzi media səhifələrində qeyd edilən məktəbdə bədbəxt hadisə nəticəsində 20-dən çox şəxsin ölməsi və çoxlu sayda yaralıların olması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Həmin məlumatlar tərəfimizdən təkzib olunmaqla media nümayəndələrindən rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatların yayılmaması bir daha xahiş olunur”.

Xəbər lenti