Bakıda xəstəxanada intihara cəhd - Video

ÖLKƏ
17:54
30 Mart 2022
355

Sabunçu xəstəxanasında pasiyent intihara cəhd edib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tibb müəssisəsindən bildirilib ki, pasiyent prostat və babasil əməliyyatı olunmasını istəyib:

“Lakin Sabunçu xəstəxanasında həmin əməliyyat keçirilmədiyindən o, göndərişlə Azərbaycan Tibbi Universitetinin müvafiq xəstəxanasına göndərilib. Göndəriş vaxtı bitdikdən sonra o, yenidən Sabunçu xəstəxanasına müraciət edərək məhz burada əməliyyat olunmasını istəyib. Nəticədə, həmin şəxs tibb işçilərinə xəsarət yetirərək intihar etməyə cəhd edib. Lakin onların köməyilə xilas edilib”.

Qeyd edək ki, intihara cəhd edən şəxs LGBT üzvü olub.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Xəbər lenti