Britaniya səfiri Azərbaycana təşəkkür etdi

XƏBƏR
16:06
30 Mart 2022
224

“Azərbaycan Prezidenti İlham Əliyevlə vacib müzakirələr oldu”.

Sabah.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp öz tviter hesabında yazıb.

“Böyük Britaniya Azərbaycanın Ukraynaya göstərdiyi mühüm humanitar yardıma görə minnətdardır. Münaqişənin sülh yolu ilə həllinin zəruriliyi barədə razılığa gəldik. Rusiya Ukraynaya qarşı təcavüzünü dayandırmalıdır”, - deyə səfir paylaşımında qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyev bu gün Böyük Britaniyanın silahlı qüvvələr naziri, Böyük Britaniya parlamentinin üzvü Ceyms Hippini qəbul edib.

Xəbər lenti