MN-dən partlayış səsləri ilə bağlı - Açıqlama

ÖLKƏ
16:11
29 Mart 2022
459

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Müdafiə Nazirliyindən Sabah.az-a verilən məlumata görə, döyüş sursatlarının utilizasiya prosesi aprelin 2-dək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

“Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırırıq”, - deyə nazirlikdən bildirilib.

Xəbər lenti