“Makarov” satarkən tutuldu

XƏBƏR
17:27
28 Mart 2022
243

Bakıda “Makarov” markalı tapança satmaq istəyən şəxs saxlanılıb.

DİN Mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, qanunsuz olaraq əldə etdiyi odlu silah-sursatı satmaq istəyən paytaxt sakini, əvvəllər məhkum edilmiş Tərlan Səfərov saxlanılıb.

Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Makarov” markalı atəş üçün yararlı tapança, həmin silaha məxsus daraq və 8 ədəd patron aşkar edilərək götürülüb.

Tərlan Səfərov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.

Xəbər lenti