Rüşvət alan şirkət direktoru məhkəmədən qaçdı

XƏBƏR
16:09
28 Mart 2022
292

Rüşvət almaqda təqsirləndirilən şirkət direktoru məhkəmədən qaçıb.

Sabah.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, “Vest Corporation” MMC-nin rəhbəri Orxan Ələkbərov 2020-ci ilin aprelində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.

O, karantin rejimi ilə bağlı polis postlarına təqdim olunması və sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə direktoru olduğu şirkətin adından pul müqabilində saxta arayışlar verib.

Onun barəsində başlanılan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. O, son 2 məhkəmə prosesinə gəlməyib. Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyi üçün icraat dayandırılıb və o, axtarışa verilib.

Xəbər lenti