Koronavirusla mübarizəyə 20 milyon ayrıldı

GÜNDƏM
14:39
19 Mart 2020
110

Koronavirusla mübarizə ilə əlaqədar Prezidentin Ehtiyat Fondundan 20 milyon manat ayrılacaq.

Sabah.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Novruz bayramı münasibətilə xalqa təbrik məktubunda bildirilib.

Prezident xatırladıb ki, martın əvvəlində bu xəstəliklə mübarizə üçün 10 milyon manat vəsait ayrılıb :“Bu gün bəyan edirəm, Prezidentin ehtiyat fondundan əlavə 20 milyon manat ayrılacaq ki, həm bu xəstəliyə qarşı mübarizə daha təsirli olsun, eyni zamanda, koronavirus xəstələrinə qulluq edən həkimlərin maddi təminatı daha da yüksək olsun. Biz bunu da nəzərə alırıq”.

Xəbər lenti