Ayaz Mütəllibovun dəfn yeri açıqlandı
Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibovun dəfn olunacağı yer məlum olub.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sabiq dövlət başçısı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində (“Şəhriyar” adına mədəniyyət klubunda - red.) vida mərasimi keçiriləcək.
Mərhum I Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, A.Mütəllibov ötən gün 84 yaşında dünyasını dəyişib.
Daha çox