Rusiya müharibədə yeni silahlardan istifadə edir

XƏBƏR
17:55
25 Mart 2022
247

Bir neçə gün əvəl sosial şəbəkələrdə Ukraynanın Kiyev vilayətində yerə çırpılan Rusiyaya məxsus pilotsuz uçuş aparatının görüntüləri yayılıb. Təxminən 4 fut enində olan PUA-nın təyyarə formasında olması diqqət çəkib.

Sabah.az “The Washington Post”a istinadən xəbər verir ki, sözügedən PUA qumlu əraziyə düşüb və zərbə zamanı partlamayıb.

Nəşr yazır ki, həmin görüntülər Rusiyanın Ukraynaya qarşı müharibədə yeni və dəhşət saçan silahlardan istifadə etməsinə dair ilk sübutlardan biri kimi qəbul oluna bilər. Bildirilir ki, “kamikadze” dron hədəflərə asanlıqla bomba ataraq, onları məhv edə bilər.

Xəbər lenti