Zakir Həsənovla Şoyqu arasında telefon danışığı olub
17:10
25 Mart 2022
293Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla telefon danışığı olub.
Sabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Tərəflər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki mövcud vəziyyəti, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.
Daha çox