Jirinovskinin ölüm xəbərini yayan senator üzr istədi

XƏBƏR
16:50
25 Mart 2022
227

Teleqram kanalında LDPR lideri Vladimir Jirinovskinin ölümü ilə bağlı məlumat yayan senator Aleksandr Pronyuşkin izləyicilərindən üzr istəyib.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, yazdığı postu silən Pronyuşkin məlumatın səhifəsində yayılmasında əli olanların məsuliyyətə cəlb ediləcəyini bildirib.

“Əziz dostlar və həmkarlar, mən öz kanalımda Vladimir Volfoviç Jirinovski haqqında təsdiqlənməmiş məlumatların dərcinə görə üzr istəyirəm”, - senator yazıb.

Qeyd edək ki, Jirinovskinin ölməsi ilə bağlı Pronyuşkinin paylaşımından sonra Dövlət Dumasının spikeri Vyaçeslav Volodin məlumatı təkzib edib. Səhiyyə Nazirliyi Liberal Demokrat Partiyasının liderinin vəziyyətinin stabil olaraq qiymətləndirib.

Xəbər lenti