Bakıda mağaza və anbardakı yanğın söndürülüb - Yenilənib
Bakıda mağaza və anbar yanır.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Sabah.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində tikinti materialları satışı mağazası və anbarında yanğın olması barədə məlumat daxil olub.
Yanğından mühafizə bölmələri hadisə baş verdiyi ünvana cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
***
FHN-dən verilən məlumata görə, Mərdəkan qəsəbəsində tikinti materialları satışı mağazası və anbarında baş vermiş yanğın söndürülüb.
Daha çox