Qar uçqunu Quba-Xınalıq yolunu bağladı - Foto

HADİSƏ
09:40
25 Mart 2022
458

Quba-Xınalıq yolunda qar uçqunu baş verib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, təbiət hadisəsi yolun 36-cı km-də qeydə alınıb.

Güclü külək nəticəsində meydana gələn uçqun nəticəsində yol bağlanıb. Nəticədə Xınalıq-Quba, həmçinin əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələrinin növbəsi yaranıb.

Yol təsərrüfatının bərpası üçün 5 saylı Yol İstismar MMC-nin texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub.

Xəbər lenti