Arvadını əvvəl “Range Rover”lə vurdu, sonra bıçaqlayıb öldürdü

ÖLKƏ
17:12
24 Mart 2022
664

Goranboyda kişi arvadını qətlə yetirib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Dəliməmmədli şəhərində qeydə alınıb.

Goranboyun Qızılhacılı kənd sakini, 1977-ci il təvəllüdlü Süleymanov Mehman əvvəlcə idarə etdiyi “Range Rover” markalı maşınla həyat yoldaşı, 1985-ci il təvəllüdlü Məmmədova Əfsanəni vurub, daha sonra ona 3 bıçaq zərbəsi yetirib. Qadın çatdırıldığı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti