Göygöl buz bağladı - Fotolar

ÖLKƏ
16:20
24 Mart 2022
563

“Havaların soyuq keçməsi nəticəsində Göygölün suyu donaraq buz bağlayıb”.

Sabah.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Firuddin Əliyev bildirib.

“Hazırda gölün üzərində 2-3 sm qalınlığında buz qatı yaranıb ki, bu da son illərin nadir təbiət hadisələrindəndir”.

F.Əliyevin sözlərinə görə, bahar fəslində Göygölün üst hissəsinin donması turistlərin də böyük marağına səbəb olub:

“Yaz dövründə çox az hallarda qeydə alınan bu mənzərəni görmək üçün ziyarətçilərin sayı da artıb”.

Xəbər lenti