Təmizlik idarəsinin işçisi zibil yığan maşının altında qalıb öldü
17:07
23 Mart 2022
247Qazaxda təmizlik idarəsinin işçisi zibil yığan maşının altında qalaraq ölüb.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qazax şəhərinin Bakı küçəsində baş verib.
Rayon Təmizlik İdarəsinin işçisi, 1966-cı il təvəllüdlü Əliyev Biləndər iş başında ehtiyatsızlıq nəticəsində zibil yığan avtomobilin altında qalıb. Ağır bədən xəsarəti alan B.Əliyev hadisə yerində ölüb.
Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.
Daha çox