Bu sürücülər cərimə olunacaq - Xəbərdarlıq

ÖLKƏ
15:59
22 Mart 2022
547

Bayram günləri olmasına baxmayaraq, texniki baxış müddəti bitmiş nəqliyyat vaitələrinin sürücüləri cərimə olunacaqlar.

DİN Mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, Texniki Müayinə Mərkəzləri bayram günlərində fasiləsiz fəaliyyət göstərir. Sürücülərə bayram tətilindən istifadə edərək avtomobillərini texniki baxışdan keçirmək tövsiyə edilir.

Nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan avtomobillərini texniki baxışdan keçirməlidirlər. Bunun üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonunda yerləşən Texniki Müayinə Mərkəzində, Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərindəki Müayinə Mərkəzində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər.

Respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş İdarənin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində avtomobillərini texniki baxışdan keçirə bilərlər. Xüsusi texniki vasitələrin köməyi ilə texniki baxışdan keçməyən avtomobillər müəyyən edilərək sürücüləri cərimə olunacaqlar.

Xəbər lenti