Bayram gününün hava proqnozu

XƏBƏR
13:27
19 Mart 2020
78

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 20 martda gözlənilən hava şəraitini açıqlayıb.

Milli Hidrometeorologiya Departamentindən Sabah.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 9-12, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında

Martın 20-də bəzi yerlərdə yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Martın 20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər lenti