Bütün ailə qazdan zəhərləndi

XƏBƏR
09:45
21 Mart 2022
417

Qazax rayonunda bir neçə nəfər dəm qazından zəhərlənib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə şərti olaraq “SU-15” adlanan ərazidə yerləşən evlərin birində qeydə alınıb.

Həmin ərazidə yaşayan ailə ata, ana və övladları - Mahmudov Tural Həsən oğlu (1985-ci il təvəllüdlü), Mahmudova Lamiyə İlqar qızı (1995), Mahmudzadə Yağmur Tural qızı (2012), Mahmudzadə Sahil Tural oğlu (2015) zəhərləniblər.

Zərərçəkənlər xəstəxanaya aparılıblar. Onlardan birinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər lenti