Bakı-İstanbul təyyarəsinin uçuşu gecikir

XƏBƏR
10:32
19 Mart 2022
356

“Buta Airways” aviaşirkətinin Bakı-İstanbul (Sabiha Gökçen Hava Limanı) marşrutu üzrə həyata keçiriləcək J2-9103 reysinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti ilə əlaqədar gecikir.

Bu barədə aviaşirkətdən Sabah.az-a məlumat verilib.

Bildirilir ki, İstanbul hava limanında güclü qar müşahidə olunur. Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin edilirlər.

Xəbər lenti