Tibbi maskalardan necə istifadə etmək lazımdır?
Maskanı necə taxmaq, istifadə etmək, çıxartmaq və utilizasiya etmək lazımdır?
Sabah.az Azərbaycanda əhalinin koronavirusa qarşı məlumatlandırılması məqsədilə Nazirlər Kabineti tərəfindən istifadəyə verilən koronavirusinfo.az saytına istinadən maskadan düzgün istifadə qaydalarını təqdim edir:
1. Maskadan yalnız xəstələrə qulluq edən tibb işçiləri və şəxslər, həmçinin yüksək hərarət və öskürək kimi respirator xəstəlik əlamətləri olan şəxslər istifadə etməlidirlər.
2. Maskanı götürməzdən əvvəl əllərinizi spirt tərkibli vasitə ilə təmizləyin və ya sabunla yuyun.
3. Cırıqların olmamasına əmin olmaq üçün maskanı diqqətlə yoxlayın.
4. Maskada metal sim var. Sim olan hissəni yuxarı istiqamətdə taxın.
5. Maskanı elə tutun ki, parlaq rəngli tərəfi çölə tərəf baxsın.
6. Maskanı üzünüzə taxın. Metal simi və ya sıxacı burun formasına uyğun əyin.
7. Ağzın və çənənin örtülməsi üçün maskanın aşağı kənarından dartın.
8. İstifadə etdikdən sonra maskanı çıxardın. Maskanın elastik iplərindən tutun. Onu üzünüzə və ya geyiminizə toxundurmayın, çünki istifadə edilmiş maska mikroorqanizmlərlə çirklənə bilər.
9. İstifadə etdikdən sonra maskanı qapalı zibil qutusuna atın.
10. Maskaya toxunduqdan sonra və ya onu tulladıqdan sonra əllərinizin gigiyenik təmizlənməsini həyata keçirin, əllər vizual olaraq çirkli göründükdə onları sabunla yuyun.
Daha çox