Şahin Seyidzadənin mandatına xitam verildi

ÖLKƏ
16:53
17 Mart 2022
533

“Prezident İlham Əliyevin 3 mart tarixində imzaladığı sərəncamla Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib”.

Sabah.az APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib.

O bildirib ki, Konstitusiyanın 89-cu maddəsinə əsasən, Milli Məclisin deputatı başqa fəaliyyət ilə məşğul olduqda, maaş aldıqda onun deputat səlahiyyətlərinə xitam verilir:

“MSK qərara alır ki, Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilsin”.

Məsələ səsə qoyulub və yekdilliklə qəbul edilib.

Bu qərar qəbul edildiyi gündən qüvvəyə minir.

Xəbər lenti