AFFA-nın baş katibi dəyişdi

XƏBƏR
12:32
17 Mart 2022
307

AFFA-nın baş katibi dəyişib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə qərar İcraiyyə Komitəsinin bu gün təşkil olunan iclasında verilib.

AFFA-nın 2020-ci il yanvarın 28-də təşkil olunan Konfransında Nizamnaməyə uyğun olaraq həyata keçirilmiş struktur dəyişikliyi, Avro-2020-nin və Avro-2020 ilə bağlı hesabat işlərinin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, AFFA-nın baş katibi vəzifəsi bu günə qədər baş katibin müavini vəzifəsində çalışan Sərxan Hacıyevə həvalə olunub.

Qeyd edək ki, bundan əvvəl baş katib vəzifəsini AFFA-nın icraçı-vitse-prezidenti Elxan Məmmədov icra edirdi.

Sərxan Emin oğlu Hacıyev 1987-ci il iyulun 8-də Daşkənd şəhərində anadan olub. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alıb.

2006-2008-ci illərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) bayrağı altında keçirilən uşaq-gənclər yarışlarında hakimlik edib.

2009-cu ildən bugünədək AFFA-da işləyir:
 
- 2009-2011 - Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi
- 2011-2012 - Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri
- 2012-ci ildən bugünədək baş katibin müavini

2015-ci ildən etibarən UEFA nümayəndəsi kimi beynəlxalq futbol oyunlarının təşkilində iştirak edir.

Xəbər lenti